banner
banner

Sosİal

Qurban Yetirmişli: Ağdamdakı zəlzələdən sonra 150-dən çox təkan qeydə alınıb

Qurban Yetirmişli:

Noyabrın 15-də gecə Ağdamda baş verən zəlzələdən sonra 150-dən çox təkan qeydə alınıb.

Bunu Trend-ə özəl olaraq AMEA Respublika Seysmoloj Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, təkanlar Ağdam, Bərdə, Tərtərdə qeydə alınıb:

“Təkanlar dərinlik qırılmaları boyunca olub. Bu gecə 6-7 təkan qeydə alınıb. Bunlar Tərtərdə, Bərdədə olub. Bu təkanlar enerji boşalmasıdır. Onların gücü çox zəif olub, həmin təkanlar hiss edilməyib, yalnız cihazlar qeydə alıb”.

Q.Yetirmişli Azərbaycanın digər ərazilərində seysmoloji durumun sabit olduğunu söyləyib.

Qeyd edək ki, noyabrın 15-də saat 23:48-də Ağdam rayonunda 5.7 bal gücündə zəlzələ baş verib. Zəlzələ episentrdə 5.7 bal, yaxın yaşayış məntəqələrində isə 3-5 bala qədər hiss olunub. Zəlzələnin dərinliyi 25 km olub.

Digər təkan isə noyabrın 16-da saat 02:02:27-də Bərdə rayonu ərazisində qeydə alınıb. Zəlzələ episentrdə 3 bala qədər hiss olunub. Zəlzələnin dərinliyi 25 km olub. Zəlzələ ətraf rayonlarda hiss olunub.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.