banner
banner

Sosİal

Bakıda 90 yaşlı ağır xəstədə mədəsı xaric edildi

Bakıda 90 yaşlı ağır xəstədə mədəsı xaric edildi

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında 90 yaşlı xanımın mədəsində uğurlu əməliyyat icra olunub.

Universitetin mətbuat xidmətindən Trend-ə bildirilib ki, xəstənin mədəsinin kordial hissəsinin qida borusu və mədəaltı vəziyə sirayət edən, ətraf limfa düyünlərinə yayılan bədxassəli şiş olub.

ATU-nun ümumi cərrahiyyə kafedrasının müdiri, Tədris Cərrahiyyə Klinikasının ümumi cərrahı, professor Elçin Ağayevin sözlərinə görə, daha əvvəl müxtəlif klinikalarda müayinələrdən keçmiş xəstənin yaşına, ümumi vəziyyətinin ağırlığına və yüks riskli xəstə olmasına görə radikal əməliyyatın icrasından imtina olunmuşdur: "Düzünü deyim k, mən nə öz təcrübəmdə, nə də həmkarlarımın təcrübəsində görməmişəm ki, 90 yaşlı, ağır vəziyyətdə olan bir qadına total qastroektomiya əməliyyatı aparılsın. Bu xəstədə mədə, qida borusunun qarın hissəsi, böyük piylik, mədəaltı vəzin cisminin bir hissəsi və ətraf limfa düyünləri bir blok daxilində götürülərək, nazik bağırsaqla qida borusu arasında həlqəvi stepler anasomozu (yəni ən müasir tikiş vasitələri ilə) qoyulmuşdur. Düzdür, bu tipli əməliyyatlara cərrahi praktikada təsadüf edilir. Bunu həm bizim və həm də digər klinikaların təcrübəli cərrahları icra edirlər. Lakin 90 yaşlı, yanaşı gedən bir sıra xəstəlikləri olan ağır bir xəstədə bu əməliyyatın müvəffəqiyyətlə nəticələnməsi bizim, universitetimizin TCK-nın böyük uğurudur".

E.Ağayevin sözlərinə görə, adətən ahıl yaşlı və vəzyyəti ağır olan belə xəstələrdə bu tipli, mürəkkəb və ağır radikal əməliyyatların aparmaqdan çəkinirlər və xəstəyə qidalandırmaq məqsədiqə palliativ (şiş qalmaqla) qastrostomiya (mədəyə əlavə borunun salınması) əməliyyatı icra olunur. Ba da psixoloji cəhətdən xəstə və yaxınları üçün olduqca ağır durumun yaranmasına gətirir.
Həkim bildirdi ki, əməliyyat 3 saat davam edib. Əməliyyatdan sonrakı 3-cü sutkadan etibarən xəstə qidalandırılmağa başlanılıb. Xəstə artıq 6-cı sutkada kafi vəziyyətdə ambulator müşahidəyə göndərilib. Xəstə hazırda özünü yaxşı hiss edir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.