banner
banner

Dünya

İŞİD-çilər kişiləri qaçırdı

İŞİD-çilər kişiləri qaçırdı

İŞİD terror qruplaşması İraq kəndlərindən birinə hücum edib.

ANS PRESS-in məlumatına görə, İŞİD terror qruplaşması paytaxt Bağdadın Səlahəddin vilayətinə bağlı Tiqrit rayonunda 120 nəfəri qaçırıb. Bu barədə Səlahəddin vilayəti məclis sözçüsü Mərvan Naci “Anadolu” xəbər agentliyinə açıqlamasında bildirib.

Açıqlamada bildirilir ki, İŞİD yaraqlılarının Tiqridin şərqindəki Rubeyda kəndinə etdiyi hücumda Əl-Abid və Əl-Məsarə qəbilələrindən olan 120 nəfəri girov götürüb. 

İraq hökuməti qüvvələrini qaçırılan dinc sakinlərin İŞİD terror qruplaşmasından xilas edilməsi üçün hərəkət etməyə çağıran Naci, yaraqlıların bundan əvvəl Əl-Cuburi, Əlbu Nəmr və Əlbu Fahd qəbilələrinə qarşı etdiyi qətliamın bənzərini yaşamaqdan narahat olduğunu bildirib. 

Qeyd edək ki, ötən ilin iyun ayından İraqda qətliamlar həyata keçirərək bir sıra ərazilərin zəbt edən İŞİD yaraqlıları ilə mübarizə hələ də davam edir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.