banner
banner

Sosİal

Xəzərdə 2 balıqçı xilas edildi

Xəzərdə 2 balıqçı xilas edildi

Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsi “Piral­lahı” sahil nəzarəti məntəqəsinin əməkdaşları əra­ziyə baxış keçirərkən “PR-1960” bort nöm­rəli balıqçı qayı­ğı­nın yanalma körpüsündə olmadığı aşkarlanıb.

DSX-dan cia.az-a verilən məlumata görə, hava şəraitinin kəskin dəyişəcəyi nəzərə alınaraq, həmin qa­yıq­da dənizə çıxmış balıqçıların xilas edilməsi üçün təxirəsalın­maz tədbirlər görülüb, balıqçı qayığının gecə saatlarında Çi­lov adasının qərb reydində köhnə dirəyə çırpılması müəyyənləşib.

 

Axtarış-xilasetmə tədbirləri nəticəsində suda olan dirəyin üzə­ri­ndə aşkarlanan və icazəsiz olaraq dəni­zə çı­xmış balıqçılar - Pirallahı rayon sakin­lə­ri Qurbanov Arif Umud oğlu və Mə­likov Ramiz Tofikoviç xilas edilərək sahilə təxliyə ediliblər. DSX Sahil Mühafizəsinin sərhəd gözətçi gəmisi tərəfindən də­nizdə yarıbatmış vəziyyətdə olan “PR-1960” bort nöm­rəli balıq­çı qayığı da aşkarlanaraq sahilə çıxarılıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.