Azərbaycan ordusu döyüşə hazır vəziyyətdə - FOTOLAR
Komanda-qərargah hərb oyunları çərçivəsində cəbhəboyu zonada yerləşən müxtəlif təlim poliqonlarında qoşunların praktiki fəaliyyəti yoxlanılaraq döyüş atışları icra edilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən cia.az-a verilən məlumata görə, ssenariyə əsasən bir neçə hissədə yerinə yetirilən təlimlərin əsas mərhələsində hücum əməliyyatları zamanı qoşunların qarşılıqlı əlaqəsi, hərtərəfli təminatı, idarəetmənin təşkili və digər taktiki fəaliyyətlər yerinə yetirilib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov komanda-qərargah hərb oyunlarına cəlb edilən şəxsi heyətin peşəkarlığını və qarşıya qoyulan bütün tapşırıqların müvəffəqiyyətlə icra edilməsini yüksək qiymətləndirib.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.