banner
banner

Sosİal

Azərbaycanda üçəm doğuldu: Mehriban, Leyla, Arzu

Azərbaycanda üçəm doğuldu:
Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında gənc ananın 3 övladı dünyaya gəlib.
APA-nın yerli bürosunun xəbərinə görə, Kəlbəcərrayonundan məcburi köçkün olan və 1993-cü ildən bəri Mingəçevir şəhərində vaqon evdə yaşayan Vüsal Mamedovun ailəsində dünyaya gəlmiş körpələrin hər üçü qızdır.
Onlar Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının doğum şöbəsində 10 dəqiqə fasilə ilə doğulub. İlk doğulan qızın çəkisi 1 kq 900 qram, sonrakı uşağın çəkisi 1 kq 700, üçüncü körpənin çəkisi isə 1 kq 600 qram olub. Üçəmlərin və onların anası, 1987-ci il təvəllüdlü Mamedova Fəxriyyə Zahid qızının vəziyyəti qənaətbəxşdir. Onlar hazırda xəstəxanada həkim nəzarəti altında saxlanılır. Valideynlər körpələrə Mehriban, Leyla və Arzu adlarını verib.  
Qeyd edək ki, üçəmdən əvvəl gənc ailənin bir qız övladı da var.
 
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.