“Neyləyim, istədiklərini söyləsinlər” - Nur Yerlitaş
Canlı yayımda şəhidləri ələ saldığı üçün sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid olunan modelyer Nur Yerlitaş söylədiyi sözlərlə bağlı açıqlama verib.
Modelyer bildirib ki, heç kimin onun vətəninə, bayrağına hörmətini qaralamağa gücü çatmaz: “Çirkin əməllərlə sosial mediada yayılan görüntülər əslində belə idi: canlı yayım gedən vaxt yanımdakı dostlarımdan biri vurğuladı ki, bəzi insanlar "şəhidlərin" yalanları arxasında gizlənərək insanları təhqir edirlər. Mən də cavabımda “Neyləyim, istədiklərini söyləsinlər” dedim”.
Xatırladaq ki, bu gün Nur Neslihan adlı rəfiqəsinin ad günündə canlı yayıma qoşulub. O, müğənni Serkan Kayanın xanımı Ayşegüllə söhbəti zamanı “Nə edim, şəhid olublar. Şəhidlər-məhidlər, uf, daha bəsdir” deyib.
Bu isə sosial şəbəkədə böyük qalmaqala səbəb olub. İstifadəçilər modelyerə “Sizə yaraşmadı, ar olsun”, “Ekranda sevimli görünən üzün maska imiş”, “Onlar olmasa, siz o masada otura bilərsiniz?”, “Özünüz də, sözünüz də çox çirkindir” yazıblar.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.