Hande Erçel tətilə çıxdı - ünvan eyni, sevgili fərqli
Aktrisa Hande Erçel yeni sevgilisi, iş adamı Mehmet Dinçer ilə Kapadokyaya yollanıb. Cütlük İnstaqram səhifələrində tətildə çəkdirdikləri fotoları paylaşıblar. Amma Hande və Mehmet bu dəfə də sosial mediada birlikdə çəkilmiş fotolarını yerləşdirməkdən çəkiniblər. Maraqlısı odur ki, Erçel ötən il, bu vaxtı Kapadokyada keçmiş sevgilisi Ekin Merd Duymazla dincəlib.
Qeyd edək ki, Dinçer aktrisanın ayrıldığı keçmiş sevgilisi Duymazın ən yaxın dostudur.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.