“Hakimdən “Qarabağ”a qarşı ağılsız qərar” – məşhur İngiltərə qəzeti
Çempionlar Liqasının qrup mərhələsində keçirilən “Qarabağ” - “Çelsi” oyununda hakimin mübahisəli qərarları haqda İngiltərə mətbuatı da yazıb. İngiltərənin məşhur “The Sun” qəzeti matçın baş hakiminin “Qarabağ”ın kapitanı Rəşad Sadıqova qırmızı vərəqə göstərməsini ağılsız qərar kimi qiymətləndirib. Yazıda qeyd olunur ki, görüşün baş hakimi Manuel De Souzanın bu qərarı hətta “Çelsi” azarkeşlərini də təəccübləndirib. Onlar tvitter vasitəsilə hakimin qərarını pisləyiblər.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.