Müğənni Yılmaz Morgül yenə açıqlamaları ilə gündəm olub.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Yılmaz beynini və səsini sığortalamaq istədiyini bildirib. O, səsinin sığortası üçün 10 milyon lirə (təxminən 5 milyon AZN) vermək qərarına gəlib.
Qeyd edək ki, bir müddət əvvəl Morgül ölkənin ilk müğənni baş nazir olmaq istədiyini bildirmiş və bu açıqlaması ilə böyük səs-küy yaratmışdı.


