banner
banner

Gündəm

"Telmana dedim, o bazarı bağla, dəhşətlidir..." - Lujkov

"Telmana dedim, o bazarı bağla, dəhşətlidir..."

Moskvanın keçmiş meri Yuri Lujkov sifarişli qətllərə görə barəsində beynəlxalq axtarış elan edilən və qiyabi həbs qətimkan tədbiri seçilən azərbaycanlı keçmiş milyarder-oliqarx Telman İsmayılovu hələ də dostu saydığını deyir. Virtualaz.org xəbər verir ki, Lujkov bu barədə “İzvestiya” nəşrinə danışıb.

Keçmiş mer deyib ki, T.İsmayılovun bu günə düşməsinin əsas baiskarı “Çerkizovsk” bazarı oldu. “Bu bazarı mən özüm də xoşlamırdım. Telmana dedim ki, bazar dəhşətlidir, onu bağlamaq lazımdır, lakin bazarı bağlamağa imkan vermədilər. Dedilər, bu, sənin işin deyil”-Lujkov bildirib.

Lujkovun sözlərinə görə, o, T.İsmayılova dəfələrlə deyib ki, “Çerkizovsk” bazarının gələcəyi yoxdur. Əgər o, Moskvada qalıb işləmək istəyirsə bu bazarı bağlayıb sivil ticarət formasına keçmək lazımdır. “Təəsüf ki, o məni eşitmədi”-keçmiş mer deyib.

Keçmiş mer deyib ki, Telman İsmayılov vaxtilə çox xeyirxah işlər görüb, çətin dövrlərdə Rusiya mədəniyyətinə dəstək verib.

T.İsmayılovun hazırda Fransada gizləndiyi təxmin edilir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.