Nura daha bir sərt mesaj: "Adını və soyadını dəyişsin"
Bir vaxtlar gündəmdə olan türkiyəli sənətçi İsmail Türüt verilişlərdən birində qonaq olub. Şəhid ailəsində böyüyən türk xalq musiqisinin mahir ifaçısı modelyer Nur Yerlitaşın bu yaxınlarda canlı yayımda dediyi sözlərlə bağlı danışıb. İsmail Nurun “Nə edim, şəhid olublar. Şəhidlər-məhidlər, uf, daha bəsdir” sözlərinin qarşılığında bunları deyib:
“Şəhidlik böyük zirvədir. Bunu başa düşməyən Nura yazığım gəlir. Ümumiyyətlə o, gərək adını və soyadını dəyişsin. Onun adı Nur ola bilməz, o, nursuzdur. Soyadı da Yerlitaşdır, o, yerli ola bilməz, əcnəbidir. Şəhidi dünyaya gətirən də bir qadındır, sən də. Diqqət etməli idin sözlərinə. Üzür istəyib, üstünə çox getməməliyik, amma mən öz adıma onu çox qınayıram”.
Xatırladaq ki, bir neçə gün öncə Nur Yerlitaş Neslihan adlı rəfiqəsinin ad günündə canlı yayıma qoşulub. O, müğənni Serkan Kayanın xanımı Ayşegüllə söhbəti zamanı “Nə edim, şəhid olublar. Şəhidlər-məhidlər, uf, daha bəsdir” deyib.
Bu isə əvvəlcə sosial şəbəkə istifadəçiləri, daha sonra tanınmışlar arasında böyük qalmaqala səbəb olub. Hamı modelyeri bu hərəkətinə görə tənqid edib, bəzi dostları onu İnstaqramda izləmədən çıxarıb, verilişlər onun adını siyahıdan silib.
Daha sonra açıqlama verən modelyer əslində ifadələrinin təhrif olunduğunu deyərək, şəhid və qazi ailələrindən, polis və əsgərlərdən üzr istəyib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.