banner
banner

İdman

“Qarabağ”da özümü əla hiss edirəm” - Ramil Şeydayev

“Qarabağ”da özümü əla hiss edirəm” - Ramil Şeydayev

"Yaxşı oynadıq və matç ərzində topa nəzarət etdik. Qol vurmaq üçün çoxlu imkanlarımız oldu. Əsas odur ki, qələbə qazandıq. Bu nəticə komandadakı atmosferi daha da yüksəltdi”.

Qol.az-ın məlumatına görə, bu sözləri ölkə kubokunun 1/8 final mərhələsinin “Qaradağ Lökbatan”la oyunundan sonra “Qarabağ”ın hücumçusu Ramil Şeydayev deyib. Gənc forvard birinci divizion təmsilçisinə 2:0 hesabı ilə qalib gəldikləri oyun haqda fikirlərini açıqlayıb: 

“İlk hissədə oyuna köklənmə ilə bağlı bir az problem oldu. Amma vaxtında nəzarəti ələ aldıq. Vəziyyəti lehimizə çevirib, qələbə qazana bildik. İki komanda arasında fərq ortada idi, bunu müqayisə etməyə dəyməz. Hələ ki, qol vurmaq alınmır. Amma mən öz üzərimdə işləməyə davam edirəm”.

Sonda gənc forvard gələcək karyerası ilə bağlı sualı cavablandırıb: “Müqaviləm mövsümün sonunda başa çatacaq. Ona görə də tez qərar verməyə tələsmirəm. Yaya qədər yarım il var. “Qarabağ”da özümü əla hiss edirəm. Daha çox oynamaq istəyirəm. Amma həvəsdən düşmürəm, öz şansımı gözləyirəm. Oynaya bildiyimi sübut etmək istəyirəm”



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.