Reper "The Weeknd" ləqəbli Abel Tesfaye ötən ay ayrıldığı Selena Qomezi həyatından tamamilə çıxarıb.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, reper Selena ilə çəkdirdiyi bütün fotoları İnstaqram səhifəsindən silib. Bu azmış kimi, Abel Qomezi izləmədən də çıxarıb.
Qeyd edək ki, "The Weeknd" ilə Selenanın ayrılmasına səbəb kimi müğənninin yenidən Castin Biberlə barışması göstərilir.
Cütlük ayrıldıqdan sonra reperin də 2015-2016-cı illərdə sevgili olduğu model Bella Hadidlə görüşdüyü iddia olunur.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.