Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili bildirib ki, seçki yolu ilə hakimiyyətə gəlmək üçün Gürcüstana qayıtmağa hazırdır. Bu barədə siyasətçi “Rustavi-2” telekanalına müsahibəsində deyib.
Oxu.Az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, onun sözlərinə görə, Gürcüstan hökuməti ölkəni yoxsulluq həddinə çatdırıb.
“Keçmiş baş nazir İvanişvili hesab edib ki, Gürcüstan elə bir mövqe tutmalıdır ki, onun barəsində unutsunlar. Ölkə Ukraynanı dəstəkləməməli, Abxaziya və Tsxinvali barədə danışmamalıdır”, - Saakaşvili deyib.
Xatırladaq ki, öncə Gürcüstanın Baş Prokurorluğu Kiyevə müraciət edərək eks-prezidentin ölkəyə ekstradisiya edilməsini xahiş edib. Saakaşviliyə qarşı Gürcüstanda ittihamlar irəli sürülüb, onu ölkədaxili axtarışa veriblər.
Kiyev bu məsələdə Tbilisi ilə əməkdaşlıq etməkdən imtina edir. Bundan başqa, bu yaxınlarda Ukrayna prezidenti Pyotr Poroşenko Saakaşvilini müşaviri təyin edib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.