banner
banner

İdman

“Bizi çətin sınaq gözləyir” - millimizin baş məşqçisi

“Bizi çətin sınaq gözləyir” -

Dekabrın 2-dən 7-dək İranın İsfahan şəhərində təşkil ediləcək “4 Top Nations” beynəlxal turnirində iştirak edəcək futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Joze Alesio Da Silvanın iştirakı ilə bu gün Bakı İdman Sarayında brifinq keçirilib.
Da Silva yekun heyəti sabah açıqlayacağını bildirib: 
“Hazırlığa 3 gün əvvəl başlamışıq. Bu az müddətdir, amma turnirə yaxşı hazırlaşmaq üçün səylə çalışırıq. Bilirik ki, bizi çətin sınaq gözləyir. Millinin əksər üzvləri “Araz”ın heyətində yer aldığından işimiz nisbətən yüngüldür.
Məşqlərə 17 futzalçı dəvət edilib, amma turnirə 14 oyunçu ilə yollanacağıq. Səfərə aparacağım oyunçuların adlarını sabah keçirəcəyimiz məşqdən sonra açıqlayacam”.
Braziliyalı mütəxəssis Vitali Borisovun yığmadan kənarda qalmasına da aydınlıq gətirib: 
“Hazırkı heyətdə yer alan futzalçılardan yalnız Vassoura karyerasını ölkə xaricində davam etdirir. Onun yığmanın düşərgəsinə yaxşı vəziyyətdə qoşulduğunu qeyd edə bilərəm. Vitali Borisovun yığmadan kənarda qalması isə onun öz istəyi ilə bağlıdır. Bir neçə gün əvvəl öz klubu ilə UEFA kubokun elit-raundunda çıxış edib, gərgin çempionat oyunları keçirib. Buna görə milliyə çağırılmamasını istəyib.

Turnir çərçivəsində İran, Rusiya və Qazaxıstan kimi güclü rəqiblərlə qarşılaşacağıq. Rusiya dünya çempionatının finalçısı, İran isə bürünc medalçısıdır. Qazaxıstan da mundialda iştirak edib, üstəlik ötən il keçirilən Avropa çempionatında bürün medal qazanıb. Güclü rəqiblərlə oyunlar bizə böyük fayda verəcək”



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.