banner
banner

İdman

Formula 1 yarışlarında azərbaycanlı pilotu nə vaxt görə biləcəyik...

Formula 1 yarışlarında azərbaycanlı pilotu nə vaxt görə biləcəyik...

2015-ci ildən etibarən Azərbaycanda Formula 1 yarışları keçirilir. Dünyanın tanınmış Formula 1 pilotlarının Bakıya gəlişi əlbəttə ki, böyük idman hadisəsidir. Yarışların Bakıda keçirilməsinə baxmayaraq, hələ ki, Azərbaycanən bu idman növündə yüksək səviyyədə çıxış edə biləcək idmançısı yoxdur.

 

Nə vaxtsa Formula 1 yarışlarında azərbaycanlı pilotu görə biləcəyikmi?

 

Məsələ ilə bağlı Modern.az-a danışan Formula 1 üzrə Azərbaycan Qran Prisinin rəsmi elçisi, Formula 1 şərhçisi, f-1.az saytının baş redaktoru Rəhim Əliyev deyib ki, Formula 4 yarışlarında Gülhüseyn Abdullayev Azərbaycanı təmsil edir.

“Onun Formula 3 yarışlarında nəticələri bir az aşağı olsa da, Formula 4-də qənaətbəxşdir.  Ola bilər ki, Gülhüseyn  bu il yenə hansısa seriyada çıxış etsin”.


R.Əliyev deyib ki, Formula idman növünə hazırlıq uşaq yaşlarından başlamalıdır.


“Uşaq yaşlarından kartinq sürməyi mükəmməl öyrənmək lazımdır. Daha sonra dünyada peşəkar təcrübəsi olan ölkələrdə təlimlərə gedib, orada kartinq yarışlarında iştirak etmək vacibdir. Bütün bunlar böyük vəsait tələb edir. Çox təəssüf ki, Azərbaycanda nə uşaq yaşlarından, nə də yeniyetməlik yaşlarından bu sahəyə maraq göstərilir. Bəlkə Formula yarışlarının Azərbaycanda keçirilməsindən sonra bu sahədə hansısa inkişaf olar. Amma hazırda vəziyyət ürəkaçan deyil”. 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.