“Öz meydanımızda ilk oyunumuz olduğu üçün qələbə qazanmaq istəyirdik. “Zirə” bizi istənilən kompenentlərdə üstələyirdi. Belə deyək, səviyyə fərqi açıq-aşkar hiss olunurdu. Hesaba baxmayaraq, rəqibdən hər cəhətdən geri qaldıq”.
Qol.az-ın məlumatına görə, bu sözləri “Səbail”in baş məşqçisi Samir Əliyev Topaz Premyer Liqanın 14-cü turunda "Zirə"yə uduzduqları oyundan (0:1) sonra keçirilən mətbuat konfransında deyib.
- Jaskis bu gün çox zəif oynadı. Onun komandadakı gələcək taleyi necə olacaq?
- İndi bu barədə heç nə deyə bilmərəm. Qış fasiləsində bütün qərarlarımı açıqlayacağam.
- "Səbail"i neçə futbolçu tərk edəcək?
- Gedənlər olacaq, amma bunu indi açıqlamayacağam. Qarşıdakı oyunlar var və bundan sonra gedənlərin sayını biləcəksiniz. Düzdü, heyətimizi gücləndirmək və daha səviyyəli fubolçularla gücləndirmək üçün çalışırıq.
- Komanda gözlədiyiniz yerdədir?
- Bu barədə heç düşünməmişdik. Kimləri heyətə cəlb edə bilirdiksə, etdik. Məqsədimiz qapazaltı olmamaq idi. Hansı yer tutmaq barədə düşünmürdük.
- Bu gün komandanın nəticlərini qənaətbəxş saymaq olar?
- Bu gün “Kəpəz”i, “Keşlə”ni üstələyiriksə, qənaətbəxş saymaq olar. Əsas məqsədimiz Premyer Liqada qalmaqdı.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.