Bakıda Azərbaycan-Türkiyə 10-cu Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçiriləcək
Dekabrın 5-də Bakıda Azərbaycan-Türkiyə 10-cu Yüksək Səviyyəli Hərbi Dialoq İclası öz işinə başlayacaq.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iclasda nümayəndə heyətləri işçi qruplarda ikitərəfli münasibətlərin cari vəziyyətini nəzərdən keçirəcək və qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün əsas fəaliyyət istiqamətlərini müzakirə edəcəklər.
İclasın Azərbaycan tərəfindən həmsədri müdafiə nazirinin şəxsi heyət üzrə müavini general-leytenant Kərim Vəliyev, Türkiyə tərəfindən isə Baş Qərargahın Plan, Prinsiplər Baş İdarəsinin rəisi general-leytenant Yavuz Türkgencidir.
Hərbi dialoq çərçivəsində müzakirələrə dekabrın 7-də yekun vurulacaq.
Qeyd edək ki, sonuncu 9-cu Yüksək Səviyyəli Hərbi Dialoq İclası 2016-cı ilin dekabr ayında Ankara şəhərində keçirilib.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.