Ərdoğan: “Bu baş versə, İsraillə münasibətlərimizi kəsə bilərik”
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan İsraillə diplomatik münasibətlərin kəsilə biləcəyindən danışıb. Cia.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, o bu hadisənin ABŞ-ın Qüdsü İsrailin paytaxtı tanıyacağı halda, atacağını deyib.
“Qüds müsəlmanlar üçün qırmızı xətdir. Bu addım bütün bəşəriyyət üçün ağır nəticələr doğuracaq. Bunun belə qoymayacayıq. Bəyəm ABŞ-ın başqa problemi yoxdur, bir bu qalıb? Sona qədər mübarizə aparacayıq. İsraillə diplomatik münasibətləri kəsməyə qədər gedə bilərik. Bir daha ABŞ-a xəbərdarlıq edirəm ki, regionu daha dərin böhrana sala biləcək addımlar atmasınlar”.
O, Qüdsün İsrail paytaxtı tanınacağı halda, İslam Əməkdaşlıq Təşkilatının təcili toplantı həyata keçirərək müsəlman dünyasını hərəkətə gətirəcəyini vurğulayıb.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.