"Qız nədir, oxumaq nədir" - kişi məşhurlar kampaniyaya qoşuldu
Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı Əhali Fondu (“UNFPA Azerbaijan”) “Qadınlara və qızlara qarşı zorakılığa son” adlı kampaniya keçirib.
Axşam.az-ın məlumatına görə, Fondun bəyanatında bildirilir ki, gender əsaslı zorakılıq təkcə qadınların problemi deyil, bu, ümumbəşəri pandemiyadır. Onun qarşısının alınmasında kişilər və oğlanların rolu danılmazdır.
Kampaniyaya qoşulan məhşur kişilər gender əsaslı zorakılığa bəraət qazandıran stereotiplərə qarşı çıxaraq, bu stereotiplərin absurdluğunu vurğulayıblar.
Kampaniyada kinorejissor Ayaz Salayev, idmançı Zabit Səmədov, xanəndə Alim Qasımov, müğənni Miri Yusif, aktyor Fəxrəddin Manafov və Tahir İmanov və digər tanınmışlar iştirak ediblər.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.