"Qarabağ" bu mövsüm Çempionlar Liqasının qrup mərhələsində azarkeş sayına görə 32 klub arasında 6-cı olub.
Son Azərbaycan çempionunun 3 ev matçını ümumilikdə 182.223 azarkeş izləyib ki, bu da orta hesabla hər oyuna 60.741 tamaşaçı edir.
Bu göstəricidə qrup mərhələsində ilk pilləni “Mançester Yunayted” (222.960), ikinci yeri “Real” (220.972), üçüncü yeri “Bavariya” (210.000), dördüncü yeri “Borussiya” (Dortmund – 196.198), beşinci yeri “Tottenhem” (193.804) tutub.
Ağdam klubunun qabaqladığı klublar siyahısında isə “Barselona” da (182.018) olub
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.