banner
banner

Dünya

Nankin hadisələrinin ən yaşlı şahidi öldü

Nankin hadisələrinin ən yaşlı şahidi öldü

Çinin Nankin şəhərində 1937-ci ildə yapon ordusunun törətdiyi qırğınlardan sağ çıxan ən yaşlı şahid Quan Quancin bu gün səhər dünyasını dəyişib.

Axar.az xəbər verir ki, Nankin hadisələrinin 80-ci ildönümünə 3 gün qalmış vəfat edən şəxsin 100 yaşı varıymış. Onun iri daşın altında gizlənərək qırğınlardan sağ çıxdığı, qanlı hadisələrin şahidi olduğu bildirilir. Bununla da, 1937-1945-ci illər yapon-Çin müharibəsi dövründə baş verən Nankin hadisələrindən sağ çıxaraq bu günədək yaşayanların sayı 100-ə enib.

Qeyd edək ki, Çin tərəfinin məlumatına əsasən, yapon ordusunun ölkənin o vaxtkı paytaxtı olan Nankində 1937-ci il dekabrın 13-dən yanvar ayınadək törətdiyi qırğınlarda 300 mindən çox sakin öldürülüb. Rəsmi Tokio Nankində törədilən qırğınları təsdiq etsə də, həlak olanların sayı barədə məlumatların dəqiq olmadığını və bununla bağlı müxtəlif fikirlərin mövcudluğunu bildirir.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.