Türkiyə Böyük Millət Məclisində 2018-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı iqtidar və müxalifət partiyalarından deputatlar arasında mübahisə yaranıb.
Trend-in məlumatına əsasən, qarşıdurmaya müxalif Cümhuriyyət Xalq Partiyasından olan millət vəkili Özgür Özelin ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında işlətdiyi ifadələr səbəb olub.
Buna etiraz olaraq hakim Ədalət və İnkişaf Partiyasından olan deputatlar kürsüyə doğru axışıb və nəticədə millət vəkilləri arasında qarşıdurma yaşanıb.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.