banner
banner

İdman

Bakı-2015"də 25 ölkədən çimərlik voleybolçuları

Bakı-2015"də 25 ölkədən çimərlik voleybolçuları

“Bakı-2015” birinci Avropa Oyunlarında çimərlik voleybolu yarışlarında iştirak edəcək komandaların sayı açıqlanıb.

CİA.Az-ın AzərTAc-a istinadən yaydığı xəbərə görə, Avropa Oyunlarında çimərlik voleybolu üzrə kişilərin yarışında Azərbaycan (2 cütlük), Avstriya (2), Belarus (1), Çexiya (1), Danimarka (1), Estoniya (1), Fransa (2), Almaniya (2), Böyük Britaniya (1), Yunanıstan (1), İsrail (1), İtaliya (2), Latviya (2), Hollandiya (1), Norveç (2), Polşa (2), Rusiya (2), İspaniya (2), İsveçrə (2) və Türkiyə (2) komandaları mübarizə aparacaq.

Qadınların mübarizəsində isə Azərbaycan (2 komanda), Avstriya (2), Çexiya (2), Finlandiya (2), Fransa (2), Almaniya (2) Yunanıstan (1), İtaliya (2), Litva (1), Hollandiya (2), Norveç (1), Polşa (2), Rusiya (2), Slovakiya (1), İspaniya (2), İsveç (2), İsveçrə (2) və Ukrayna (2) kollektivləri yarışacaq.

Oyunlara ev sahibliyi edən ölkə kimi Azərbaycan iki kişi və iki qadın cütlüklər ilə təmsil olunacaq. Yarışda bir ölkədən hər iki cins üzrə maksimum iki cütlük iştirak edəcək. Bakıda keçiriləcək həm kişi, həm də qadınlardan ibarət turnirlərdə ümumilikdə 25 ölkə təmsil olunacaq.

“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib ki, çimərlik voleybolu müasir və hər il daha çox məşhurluq qazanan Olimpiya idman növlərindən biridir. Bu da onu birinci Avropa Oyunlarına uyğun gələn idman növünə çevirir. “Bakı-2015”in keçirilməsində məqsədimiz avropalı gəncləri Oyunlarda iştiraka həvəsləndirmək və bütün qitəni möhtəşəm idman bayramında bir araya gətirməkdir.

Bildirilib ki, Avropa çoxsaylı idman növlərindən ibarət yarışlarda çimərlik voleybolu idmançıları nəslinin əsasını qoyur. Belə ki, Almaniya və Latviyanın kişilərdən ibarət komandaları 2012-ci il London Olimpiya Oyunlarında çimərlik voleybolu yarışlarında müvafiq olaraq qızıl və bürünc medal qazanıblar.

“Bakı-2015” Avropa Oyunlarının idman şöbəsinin direktoru Pirs Okallaqan deyib: “Avropa Oyunları çimərlik voleyboluna həm Azərbaycanda, həm də bütün qitədə yeni azarkeşlər qazandıracaq. Əminəm ki, çimərlik voleybolu yarışları “Bakı-2015” birinci Avropa Oyunlarında diqqət mərkəzində olacaq”.

Avropa Voleybol Konfederasiyasının prezidenti Andre Meyer bildirib ki, bu yay möhtəşəm idman bayramının keçirilməsini səbirsizliklə gözləyirik. Avropa Oyunlarında iştirak edəcək çimərlik voleybolu komandaları “Rio-2016” Yay Olimpiya Oyunları ilə bağlı təsnifat yerləri üçün reytinq xalları qazanacaq ki, bu da yarışları intensivləşdirəcək.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.