Məşhur dizayner Piter Dundas azərbaycanlı biznes-ledi Aysel Trudelin “Aizel” butikində yeni kolleksiyasını nümayiş etdirib. “Emilio Pucci” və “Roberto Cavalli”nin keçmiş yaradıcı direktoru bu il Parisdə keçirilən Moda Həftəsində şəxsi brendi “Dundas”ın ilk koleksiyasını təqdim edib. İlk reklam kampaniyasının siması isə model Sara Sampayo olub. Moskvada “Elle” jurnalının təşkilatçılığı ilə keçirilən gecədə rus şou-biznesinin məşhur simaları iştirak edib. Onlar arasında Yana Rudkovskaya, Ani Lorak, Yekaterina Muxina, Zara və başqaları da olub. Qeyd edək ki, Aysel Trudel (Hüseynova) Moskvanın ən bahalı butiklərindən olan “Soho”, “Aizel’s Secret” və “Agent Provocateur” mağazalarının sahibidir. 39 yaşlı azərbaycanlı biznes-ledinin həyat yoldaşı kanadalı memar Lui Trudeldir. Cütlüyün iki övladı var.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.