ABŞ-ın Luiziana Universitetinin alimləri armudun arıqlamağa kömək etdiyini sübut ediblər.
Lenta.ru saytının xəbərinə görə, aparılan araşdırmalar zamanı arıqlamaq niyyətində olan tədqiqat iştirakçıları iki qrupa ayrılıblar. Hər iki qrup üçün eyni qida rasionu tərtib edilsə də, qruplardan birinin iştirakçılarına hər gün əlavə olaraq bir armud verilib. Üç həftə sonra qida rasionunda armud olanların çəkisinin əhəmiyyətli dərəcədə azaldığı müşahidə edilib.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.