banner
banner

Gündəm

Deputatla jurnalist arasında QALMAQAL…

Deputatla jurnalist arasında QALMAQAL…

“Bu millət vəkili Adil Əliyevdir. Amma millətə Bayılda zülm verir, camaatın əşyaları ilə birgə evlərini uçurdur! Və ədalətli kompensasiya vermir”. Cia.az xəbər verir ki, bu fikirləri jurnalist Eynulla Fətullayev öz "Feysbuk" səhifəsində yazıb. 

E.Fətullayev daha sonra qeyd edib ki, deputat bununla həm qanunu pozub bizneslə məşğul olur, həm də xalqına zülm edir.

Millət vəkili Adil Əliyevin jurnalistə cavabı isə özünü çox gözlətməyib. Adil Əliyev öz "Feysbuk" səhifəsində jurnalisti sifariş yerinə yetirməkdə ittiham edib: 
“Virtualaz.org saytında “Bakıda deputatın şirkətinin məhəlləyə gecə basqını: “Bir də gördük evin damını uçururlar…” başlıqlı məqalədə adımın hallanmasına təəssüf edirəm. Məqalədə adamın əsassız çəkilməsi və guya şirkətin mənə məxsus olması iddiası cəfəngiyyatdır. Burada obyektivlik pozulub. Məqalə yazılarkən mənim mövqeyim dərc olunmayıbsa, mən də yazının sifariş olduğu şübhəsi qalmır. Mətbuatda çalışan dostlarım yaxşı bilirlər ki,mediaya açıq insanam. Əgər sayt mənim əleyhimə məqsədyönlü fikir formalaşdırmağı qarşısına məqsəd qoyubsa, indidən deyim ki, düz ünvan seçməyiblər. Biz belə insanlara sağlam şəkildə millətimizə və dövlətimizə xidmət etməklə cavab verəcəyik”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.