banner
banner

Gündəm

Hacı Qalib sərt DANIŞDI: “Oğlumu sifarişlə tutan hakim və prokurorun da aqibətini görəcəyik”

Hacı Qalib sərt DANIŞDI:

“Mən oğlum tutulandan demişəm ki, bu sifarişdir. Çünki ondan şikayət də yoxdur. Ona 5 il həbs cəzası vermək istəyirdilər, 3 il iş kəsdilər. Mən indi neyləyə bilərəm?.. Məhkəməyə deyiblər ki, 3 il ver, hakim də verib”.

Bu sözləri  Modern.az-a açıqlamasında sabiq deputat Qalib Salahzadə oğlu Əlihüseyn  Salahzadənin 3 il müddətinə azadlıqdan məhrumedilməsi ilə bağlı danışarkən deyib.

O, məhkəmənin qərarından nə Apellyasiya Məhkəməsinə, nə də Ali Məhkəməyə şikayət edəcək.

“Məhkəmənin qərarından nə Apellyasiya Məhkəməsinə, nə də Ali Məhkəməyə müraciət edəcəm. Çünki mən bunun nəticəsini öncədən bilirəm. Ona görə də özümü niyə aldadım ki? Bu bir şoudur ki, düzəldirlər. Camaata desinlər ki, tanınmış, hörmətli adamın övladını belə edirik, siz də özünüzü yığışdırın. Mən oğlumun tutulmasının haradan başlayıb, harada bitdiyini yaxşı bilirəm.  Oğluma 3 il həbs veriblər. Görəsən, 3 ildən sonra bu adamlar harada olacaq ? Həmin sifarişçilər, hakim, prokuror harda olacaq? O mənə maraqlıdır. Məhkəmə boş şeydi. Dedilər tut, tutacaqlar”.

Hacı Qalib deyib ki, bu günə qədər oğlunun 10 dəfə qapalı məhkəməsi keçirilib.

“Məhkəməyə jurnalistləri də buraxmırdılar. Çünki jurnalistlər bunu yazacaqdı və araşdırmalar aparacaqdı. Jurnalistlər deyəcəkdirlər ki, belə şey olar? Heç kimi məhkəməyə buraxmırdılar. Elə bil ki, o, başqa dövlətin kəşfiyyatçısıdır, nədir? 1 nəfərin də 10 dəfə məhkəməsi olar? Bu yandan deyirlər ki, həbsxanaları doldurmayın, o yandan da belə edirlər. Məhkəmə, prokurorluq sistemi əhalidə dövlətə qarşı inamsızlıq yaradır. Cənab prezident dəfələrlə tapşırıq verir ki, belə şeylərin qarşısını alın. Mənim oğluma bir yumruğa görə 3 il həbs verilib. Xeyir ola? 3 ildən sonra sifarişçilər, hakim, prokuror harda olacaq? Vəzifədə olanları çıxarandan sonra görürük ki, nə gündədirlər. Kimi vəzifədən çıxarırlar, görürsən ki, balası qaçıb xaricə, ya da özü xaricə köçür. Bunlar burada yaşaya bilirlər bəyəm?”.

Qeyd edək ki, bu gün Nəsimi rayon Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrlik etdiyi iclasda Əlihüseyn  Salahzadə 3 il müddətinə azadlıqdan məhrum edilib.  O, Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla onun barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Ə.Salahzadə "Azərsu"nun əməkdaşı Elbəy Mirzəyevi döyməkdə təqsirli bilinir. 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.