banner
banner

Sosİal

Toy karvanları 20 qəza törədib - 4 ölü, 16 yaralı

Toy karvanları 20 qəza törədib -

Son vaxtlar Bakıda və bəzi rayonlarda keçirilən toylarda yeni ənənə formalaşıb ki, bu da  birmənalı qarşılanmır. Söhbər bəy-gəlin maşınını müşayiət edən uzun toy karvanlarından gedir. Bir çoxları toylarının daha dəbdəbəli keçməsi üçün uzun toy karvanları təşkil edirlər ki, bu da yollarda bəzi problemlər yaradır. Bu karvanlar ilk növbədə digər nəqliyyat vasitələrinin hərəkətinə çətinlik törədir.  Yol boyu hərəkət zolaqlarını zəbt edən, yüksək sürətlə sürüülən avtomobillərin müxtəlif səs siqnalları verməsi qaydalarla bir araya sığmır.

Toy karvanlarının ərköyün sürücüləri etdiyi hərəkətdən zövq alsalar da,  bir anda həmin toyu yasa çevirəcəklərinin fərqində olmurlar. 

Yol polisinin dəfələrlə etdiyi xəbərdarlıqlara baxmayaraq belə qayda pozuntuları davam etməkdəıdir.

Məsələ ilə bağlı Modern.az-a danışan Bakı şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədovun sözlərinə görə, toy mövsümlərində bəy  gəlin cütlüyünün müşayiətində iştirak edən bəzi gənclər hərəkət istiqamətində yol hərəkət qaydalarını kobud şəkildə pozurlar.

“Bu il toy karvanlarının iştirakı ilə təxminən 20-yə yaxın yol qəzası baş verib, nəticədə 4 nəfər həlak olub, 16 nəfər isə yaralanıb. Bununla əlaqədar daha da ciddi, təsirli tədbirlər görüldüyü üçün hadisələr ötən ilin müvafiq dövrü ilə müqayisədə kifayət qədər azalıb. Bütün bunlar yol polisinin vaxtında və məqsədli keçirdikləri tədbirlərin nəticəsidir”.
 

V.Əsədovun sözlərinə görə, bəzən elə hallar olub ki, toy karvanında iştirak edən bütün avtomobillər tək-tək saxlanılıb sənədləri yoxlanılıb. 

“Yol boyu törədilən xətalarla bağlı hər bir sürücüyə konkret inzibati protokollar da tərtib edilib. Elə bu gün də toy karvanlarında həddindən artıq nəqliyyat vasitəsinin olması, yol boyu səs siqnallarından istifadə olunması, lüzumsuz sürət həddinin  seçilməsi, yol zolaqlarının zəbt edilməsi  və yol ayırıcılarını keçmə qaydalarının pozulması, həmçinin dövlət nömrə nişanlarının gizlədilərək, “dostum evlənir” və başqa sözlər yazmaq faktları var”. 


Bölmə rəisinin sözlərinə görə, bəzən vətəndaşlar mentalitetimizlə bağlı ifadə işlədirlər ki, “toy ömürdə bir dəfə olur”. 

“Bu çox yanlış yanaşmadı, onlar unutmasınlar ki, qəza da ömürdə bir dəfə olur. Onlar bu qayda pozuntusu ilə xoş günü pis günə çevirə bilərlər. Axı onlar niyə belə etməlidir? Elə etmək lazımdır ki, başqalarının hərəkətinə mane yaranmasın. “Yol hərəkəti haqqında” qanunun tələblərinə riayət etmək hər bir vətəndaşın funksional vəzifəsidir. Bu tələblərə riayət etmək yol hərəkəti iştirakçısının özünün təhlükəsizliyini təmin etmək baxımından da vacibdir. Bəzən elə düşünürlər ki, ərazidə yol polisi yoxdursa, toy karvanında istədiklərini edə bilərlər. Əslində bu belə deyil, toy karvanları zamanı kamera göstəricilərinə daha çox önəm verilir. Yol boyu həmin marşrutda iştirak edən sürücülər  nəzarətdə olur, əgər hansısa qayda pozuntusuna yol veriblərsə, hazırlanan foto material hesabına barələrində tədbirlər görülür. Yol polisi çalışır ki, bütün yol hərəkəti iştirakçıları mənzil başına təhlükəsiz şəkildə çatsınlar. Sürücülər çalışmalıdır ki, məsuliyyətli olsun, həm öz həyatlarını, həm də başqalarının həyatını təhlükəyə atmaları yolverilməzdir”. 

V. Əsədov deyib ki, bütün bu məsələlərin qarşının alınmasında təbliğat işləri də önəmlidir.

“Yol polisi qəzaların qarşısının alınması üçün müəyyən təbliğat işləri görür. Amma bu işlərdə yol polisinə media da dəstək verməlidir. Qayda pozan yol hərəkəti iştirakçıları bunun nələrə səbəb olacağını dərk etməlidirlər. Hər şeyin qarşısı cərimələrlə alınmır, sürücülər məsuliyyətli olmalıdır”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.