Ronaldo "El-Klassiko"ya xüsusi proqram əsasında hazırlaşır
“Real”ın futbolçusu Kriştiano Ronaldo La Liqanın 17-ci turunda keçiriləcək “Barselona” ilə oyuna xüsusi proqram əsasında hazırlaşır.
32 yaşlı hücumçu bu gün ümumi qrupdan ayrı məşq edib. K.Ronaldo dekabrın 16-da klublararası dünya çempionatının finalında Braziliya “Qremio”sunu 1:0 hesabı ilə qalib gəldikləri görüşdən sonra baldır əzələsində narahatçılıq hiss edib. Lakin onun “El-Klassiko”ya qədər hazır olacağı bildirilib.
Qeyd edək ki, “Real" - "Barselona" matçı dekabrın 23-ü Bakı vaxtı ilə saat 16:00-da başlayacaq
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.