Oxu.az saytının baş redaktoru Seymur Teymurov tutduğu vəzifədən istefa verib. Cia.az-ın məlumatına görə, bu haqda onun özü bildirib: “Oxu.az-da fəaliyyətimin son günü oldu. Fəaliyyətdə olduğum son iki ildə Oxu.az ölkənin ən populyar saytı olmaqda davam etdi, bir çox uğurlar qazandı. Bu şərəfli işin bir parçası olmaq qürurlu və maraqlı idi. Bu illər ərzində çalışdığım kollektivə, oxucularımıza və həmkarlarımıza təşəkkür edirəm. Yeni layihələrdə görüşənədək!”.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.