banner
banner

Sosİal

Facebook 25 ölkədə vergi ödəyəcək

Facebook 25 ölkədə vergi ödəyəcək

Facebook sosial şəbəkəsi öz ofislərinin mövcud olduğu ölkələrdə yerli satış strukturlarını yaratmaq qərarına gəlib.

Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən cia.az-a bildirilib ki, qurumun maliyyə direktoru Deyv Venerin sözlərinə görə, şəbəkə reklamlardan gələn bütün gəlirlərindən yerləşmə əsasında vergi ödəmək əvəzinə, vergiləri bu ofislər vasitəsilə ödəyəcək. Bununla da reklamlardan gələn gəlirlər dünyanın 25 ölkəsində vergiyə cəlb olunacaq.

Facebook bu qərara digər texnologiya nəhəngləri ilə birlikdə vergi planlaşdırılması vasitəsilə vergidən yayınmaqda ittiham olunandan sonra gəlib. “Biz hesab edirik ki, yerli satış strukturu bütün dünyada hökumətlər və siyasi dairələr üçün onların ölkələrindəki satışlarla bağlı şəffaflığı tam təmin edəcək”, -deyə Vener bildirib.

Onun fikrincə, bu qərarın həyata keçirilməsi əhəmiyyətli həcmdə resurs tələb edir. Buna baxmayaraq, şirkət vergi məsələlərində gələcəkdə problemlə üzləşməmək üçün təminat yaratmaq məqsədilə yeni “billinq” sisteminin tətbiqini mümkün qədər çalışır.

Yeniliklərə 2018-ci ildən başlanılması və 2019-cu ilin birinci yarısında bu prosesin tam başa çatdırılması gözlənilir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.