4 ay əvvəl ayrılmışdılar - öpüşərkən görüntüləndilər
Aktrisa Ember Herd 4 ay əvvəl ayrıldığı milyarder sevgilisi İlon Maskla yenidən görüntülənib.
cİA.az-ın xarici KİV-ə istinadən məlumatına görə, cütlük Los-Ancelesdə restoranlardan birindən çıxarkən kameralara düşüb.
Bir müddət səmimi söhbət etdikdən sonra İlon Emberi öpüb. Paparazzilətə tuş gələn cütlüyün bu görüntüləri sosial mediada müzakirə obyektinə çevrilib.
Xatırladaq ki, bir müddət əvvəl jurnallardan birinə müsahibə verən milyarder aktrisadan ayrılığın ona pis təsir etdiyini və onu unuda bilmədiyini söyləyib.
Qeyd edək, İ.Mask ötən il aktyor Conni Deppdən boşanan Emberin yanında olaraq onu təsəlli edibmiş. Həmin zaman yaxınlaşan cütlüyün hətta bu ilin sentyabrında toya hazırlaşdığı bildirilirdi. Lakin onlar avqustun sonundan ayrıldıqlarını elan etmişdilər.
İ.Mask "Tesla Motors" şirkətinin icraçı direktorudur. Onun varidatı 12 milyard dollar dəyərində qiymətləndirilir.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.