"Hamilə deyiləm" demişdi - bu foto ilə yalanı üzə çıxdı
Aktrisa Eva Lonqariya ötən gün Mayamidə şopinq zamanı paparazzilərə tuş gəlib. 42 yaşlı aktrisa bir müddət əvvəl hamilə olmadığını desə də, onun kökəlməyi və qarnının böyük olması yalanını üzə çıxarıb. Mağazalardan birindən alış-veriş edən Eva avtomobilinə minərək evinə yola düşüb. Aktrisaya yaxın mənbənin sözlərinə görə, Xose Antonio Bastondan hamilə olan Lonqariya gələn ilin yazında ilk dəfə ana olacaq. Xoseyə oğul övladı bəxş edəcək aktrisa özü də buna hələ inana bilmir. Belə ki, Eva həmişə ana olmaq istəsə də, amma bu, mümkün olmayıb. Qeyd edək ki, Antonia ilə 2016-cı ildən evli olan aktrisa onun ilk evliliyindən olan övladları – Xose, Tali və Marianaya analıq edib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.