banner
banner

Sosİal

Proqnozlar Bürosu: Ölkədə sabit hava şəraiti davam edəcək

Proqnozlar Bürosu:

Azərbaycan ərazisində növbəti iki-üç gündə müşahidə olunacaq hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova “Report”a açıqlamasında bildirib ki, ölkə ərazisində yaxın 2-3 gündə hava şəraiti sabit keçəcək.

Onun sözlərinə görə, növbəti günlərdə hava şəraitində mühüm dəyişiklik gözlənilmir.

Direktor deyib ki, ölkə ərazisində hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

G.Məmmədova qeyd edib ki, növbəti iki-üç gündə qərb küləyi əsəcək, arabir güclənəcək: "Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 9-14, Mərkəzi Aran rayonlarında da 9-14, dağlıq ərazilərdə isə 7-12 dərəcəyədək isti təşkil edəcək".

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.