“Eurovision” təmsilçilərimizdən olan Safurə Əliyevanın həyat yoldaşı Natiq Əliyevin ad günüdür.
Uzun müddətdir Türkiyədə yaşayan Safura həyat yoldaşı ilə olan fotosunu sosial media hesabında paylaşaraq yazıb:
“Bu gün həyatımın ən vacib günlərindən biridir. Bu gün sevimli həyat yoldaşımın doğum günüdür. Sənə hər şeyin ən yaxşısını arzu edirəm. Sən məni xoşbəxt etdin və mənə gözəl övladlar bəxş etdin. Səni sevirəm”.
Qeyd edək ki, S.Əliyevanın həyat yoldaşı keçmiş energetika naziri Natiq Əliyevin oğludur.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.