"Bakı Metropoliteni" QSC-nin "Xətai" stansiyası 2018-ci ildə təmirə bağlanacaq. Bu barədə Axşam.az-a açıqlamasında metropolitenin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib. O xatırladıb ki, "Xətai" stansiyası 1968-ci ildə istifadəyə verilib: "Stansiyada olan eskalatorlar da 1968-ci ildə quraşdırılıb. Yəni, gələn il həmin eskalatoralr 50 illik istismar müddətini başa vurur. Biz də planlaşdırırıq ki, 2018-ci ildə "Xətai" stansiyasını təmirə bağlayaq".
N.Paşayev bildirib ki, hazırda "Sahil" stansyasında təmir işləri davam etdirilir: "Böyük ehtimalla "Sahil" stansiyası yayda istifadəyə verildikdən sonra "Xətai" stansiyasını təmirə saxlaya bilərik".
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.