Perinçekdən Baxçalıya ÇAĞIRIŞ: “İranda azərbaycanlılar “bozqurd” işarətləri ilə küçələrə çıxıb...”
Türkiyədə solçu və beynəlmiləlçi Vətən Partiyasının başqanı Doğu Perçinçek İranda ötən il dekabrın 28-dən başlayan etirazların Türkiyə üçün təhdid olduğunu bildirib.
Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Perinçek azərbaycanlıların da bu aksiyalara qoşulduğu haqda məlumatlar aldığını bildirərək MHP başqanı Dövlət Baxçalını baş verənlərə müdaxilə etməyə çağırıb.
“Müxtəlif mənbələrdən bir-birinin ardınca gələn məlumatlara görə İranda “Güney Azərbaycan Hərəkat Partiyası” adlı təşkilat bu etiraz aksiyalarına dəstək verir.
“Bozqurd” işarətləri verən nümayişçilər İran hökumətini hədəf alır və separatçı şüarlar səsləndirir. ABŞ-a bağlı olması ilə tanınan bu partiya afişalar və şüarlar çap edib, divarlara yapışdırıb. Afişalardakı üzübağlı terrorçunun beretinin üzərində ay-ulduz təsvir olunub. İran düşməni türkçülük ola bilərmi? Türkiyə düşməni türkçülük olsa İran düşməni türkçülük də olar. Dövlət Baxçalıdan gözlədiyimiz budur ki, İranda “bozqurd” işarəti verən fitnəçilərə qarşı mövqeyini ortaya qoysun”-Perinçek bildirib.
Xatırladaq ki, son məlumatlara görə İranda etirazlar və iğtişaşlar səngiyib. Təhlükəsizlik Şurasının rəhbəri general Əli Şamxani ölkədə xarici qüvvələr tərəfindən dəstəklənən üsyanın yatırıldığını elan edib. Bu aksiyalarda Cənubi Azərbaycan şəhərlərinin iştirakına dair ziddiyətli məlumatlar gəlirdi. Sosial şəbəkələrdə yayılan görüntülərə əsasən Marağa şəhərində minlərlə azərbaycanlı küçələrə çıxıb və İran hakimiyyətinə qarşı şüarlar səsləndirib. Lakin Güney Azərbaycan Milli Oyanış Hərəkatı adlı mühacir hərəkat bildirib ki, azərbaycanlılar İrandakı etirazlara dəstək vermir.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.