"Ondan daha bir övlad istərdim" - keçmiş arvadına mesaj göndərdi
"Çocuklar Duymasın"da Haluk obrazını canlandıran aktyor Tamer Karadağlı verilişlərdən birində maraqlı açıqlama verib. Şəxsi həyatından danışan aktyor keçmiş həyat yoldaşına mesaj göndərib: "Həyatımda ən doğru seçimim Arzu ilə evlənmək olub. Daha bir övladımın olmasını istərdim". Qeyd edək ki, Tamer ilə Arzu Balkan 2002-2007-ci illərdə ailəli olublar. Cütlüyün bir övladı var. Onların ayrılmağına aktyorun xəyanət etməsi olub.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.