banner
banner

Sosİal

Proqnozlar Bürosu: Ölkədə qeyri-sabit hava şəraiti yanvarın 11-i gündüz saatlarınadək davam edəcək

Proqnozlar Bürosu:

Azərbaycanda müşahidə olunan qeyri-sabit hava şəraitinin nə vaxta qədər davam edəcəyi açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova “Report”a açıqlamasında bildirib ki, hazırda ölkədə müşahidə olunan qeyri-sabit hava şəraiti yanvarın 11-i gündüz saatlarınadək davam edəcək: "Əvvəlcədən xəbər verildiyi kimi, yanvar ayının 9-u axşamdan 10-u səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunub. Güclü şimal-qərb küləyi əsib. Bəzi yerlərdə yağış, sulu qar, qar yağıb. Gecə yağan qar nəticəsində bəzi yerlərdə qar örtüyü əmələ gəlib".

Direktorun sözlərinə görə, belə hava şəraiti bu gün də davam edəcək: "Yanvarın 11-i gündüzdən hava şəraitinin sabitləşəcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir".

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.