banner
banner

Şou

İbrahimdən şok xəbər - kiminlə evlənmək istədiyini açıqladı

İbrahimdən şok xəbər

"Show TV"də yayımlanan "Seda Sayanla" verilişinə qonaq olan müğənni İbrahim Tatlıses şok açıqlamalar verib.
İfaçı keçmiş xanımı Ayşegül Yıldıza səslənərək ona yenidən evlilik təklifi edib:
"Mən artıq İzmirliyəm. Mən İzmiri sevdim, o da məni. Trilyon versələr də, İstanbula geri dönmərəm. Məni oradan küsdürdülər. Məni vurdular amma vurana qarğış etmədim. Demək ki, Allah mənə belə bir cəza verdi. Üsyan da etmərəm, şikayət də. Allahdan ümidimi kəsmədim. Mahnı oxumaq üçün darıxmışam. Səsim sankı pas atıb. Yalnız mahnı oxumaq üçün Allaha dua edirəm. Bir də evlənməyi düşünürəm. Elifin anası, Ayşəgül Yıldıza evlənmə təklifi edirəm. Ona aşiq deyiləm, amma evlənmək istəyirəm. Özünə bu barədə heç vaxt deməmişəm. Ekrandan ona səslənirəm".

Qeyd edək ki, cütlük İ.Tatlıses silahlı hücumdan sonra uzun müddət sevgili olduğu Ayşəgüllə 2011-ci ildə ailə qurub. Evliliklərinin ikinci ilində onların Elif adlı bir qızı olub. Lakin cütlük 2013-cü ildə qarşılıqlı anlaşma nəticəsində ayrılıb. 





Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.