Milli komandamızın futbolçusu Araz Abdullayev bu gün “Anortosis”in heyətində Kipr çempionatında növbəti oyuna çıxıb.
Qol.az-ın xəbərinə görə, o, 20-ci turda komandasının turnir cədvəlindəki ən yaxın izləyicilərindən “Apollon Limassol”la səfər matçında əsas heyətdə yer alıb. Futbolçumuzun 89-cu dəqiqədə əvəzləndiyi oyun 1:1 hesabı ilə yekunlaşıb.
Bu xal itkisi səbəbindən “Anortosis” turnir cədvəlində 3-cü pilləyə düşüb. Onların ehtiyatında 41 xal var. Lider “AEK Larnaka” 43 xal toplayıb.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.