Türkiyənin “Beşiktaş” klubu oyun şansı qazana bilməyən qapıçı Denis Boykonu icarəyə verib. Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, ukraynalı qolkiper Belçikanın “Brügge” klubunda çıxış edəcək. Onun icarə müddəti haqda məlumat verilməyib. Qeyd edək ki, 2016-cı ilin yanvar ayında “Dnepr”dən 3.3 milyon avro qarşılığında transfer edilən qapıçı cəmi 5 oyunda meydana çıxıb.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.