Avropada istirahət üçün ucuz şəhərlərin siyahısı hazırlanıb.
CİA.Az AzərTAc-a istinadən xəbər verir ki, TripAdvisor şirkətinin apardığı araşdırmaya görə, avronun dəyərinin azalması otellərin və aviabiletlərin də ucuzlaşmasına səbəb olub. Son bir il ərzində Avropa otellərində orta qiymət 9 faiz enib. Bundan əlavə araşdırmalar göstərib ki, fevral ayı Avropa otellərində qalmaq üçün ən münasib vaxtdır. Eyni zamanda o da bildirilir ki, Fransa, İsveç, Norveç kimi ölkələrdə otellərin qiymətlərində elə də ucuzlaşma qeydə alınmayıb.
Reytinqdə ən ucuz şəhər kimi birinci yeri Varşava tutur. Burada otellərin orta qiyməti 47 dollardır
İkinci yerdə 48 dollarla Belqrad 3-cü 51 dollarla Zaqreb (Xorvatiya) 4-cü 54 dollarla Budapeşt (Macarıstan) 5-ci 61 dollarla Krakov (Polşa) 6-cı 63 dollarla Tenerife (İspaniya) 7-ci 64 dollarla Qranada (İspaniya) 8-ci 64 dollarla Valensiya (İspaniya) 9-cu 66 dollarla Alikante (İspaniya) 10-cu yerdə isə 66 dollarla Afina şəhəri qərarlaşıb.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.