banner
banner

Dünya

ABŞ-ı Şimali Koreya diktatoru ilə dialoqa sövq edən amillər...

ABŞ-ı Şimali Koreya diktatoru ilə dialoqa sövq edən amillər...

2017-ci ilin ikinci yarısında Cənubi Koreya ilə Şimali Koreya Xalq Demokratik Respublikası arasında gərginlik yaşandı. ABŞ-ın Cənubi Koreyanı müdafiə etməsi və Şimali Koreyanın üzərinə hücuma keçməsi isə vəziyyəti xüsusilə ciddiləşdirmişdi. Prosesin hətta müharibə fazasına keçməsi an məsələsi kimi görünürdü.

Lakin ilin son ayından etibarən gərginlik birdən-birə yumşalmağa başladı. Yanvar ayından isə Cənubi Koreya ilə Şimali Koreya arasında danışıqlar start götürüb. Fevralın 16-da yeni yüksək səviyyəli görüşün keçirilməsi nəzərdə tutulur. Həmçinin Seul hər iki ölkənin hərbçilərinin danışıqlara başlamağını təklif edib. Cənubi Koreya KXDR-ə qarşı irəli sürülmüş sanksiyaları müvəqqəti olaraq ləğv etmək niyyətini bildirib. Danışıqların davam edəcəyi gözlənilir.

Müharibəyə başlamaq üzrə olan tərəflərin birdən-birə danışıq masası arxasında qarşı-qarşıya əyləşməsi ortaya suallar çıxarır.

Gərginliyin yumşalmasında və danışıqlar başlanmasında ABŞ-ın mövqeyi rol oynadımı? ABŞ konfliktin dərinləşməsinndən və müharibə fazasına keçməsindən çəkindimi? Çəkindisə, səbəb nədir?

Politoloq Elşən Mustafayev “Yeni Müsavat”a bildirdi ki, Şimali Koreya və Cənubu Koreya arasında olan gərginlik ilk gərginlik deyil. Belə hallar indiyə qədər dəfələrlə baş verib və sonda indi olduğu kimi sakitləşib. Gərginliyin bu şəkildə inkişaf etməsi əslində nə Şimala, nə də ki,  Cənubla ABŞ-a sərf edir. Şimali Koreya lideri Kim Cen İnin də, ondan öncəki rəhbərlərin də hədələrini özünüqoruma instinkti adlandırmaq olar. Onlar düşünürdülər ki, təhdidlərlə özlərinə qarşı olan gücləri dayandırmağa məcbur edəcəklər və rejimlərini qoruyacaqlar. Bu taktika hələlik müəyyən qədər özünü doğruldur: “Bu qarşıdurmalarda ilk gündən ABŞ-n xüsusi rolu olub. Bilirik ki, Cənubi Koreyanın təhlükəsizliyinə qarant ABŞ-dır. Bunu bütün imkanları ilə indiyə qədər həyata keçirib. Eyni zamanda bu müddət ərzində Cənubi Koreya ilə birgə Şimaldakı rejimi  dəyişdirib sonradan iki dövləti birləşdirməklə bağlı çoxlu planlar da olub. Amma bütün cəhdlər hələ ki uğursuzdur. Rusiyanın Şimali Koreyaya beynəlxalq təşkilatlar, xüsusilə də BMT vasitəsilə verdiyi açıq siyasi dəstəyi və gizli dəstəklərini də xüsusi qeyd etmək lazımdır. Odur ki, Cənubi Koreya və ABŞ indiki halda münaqişənin hərbi yolla həllinin tərəfdarı deyil. Çünki bu yol Cənubu böyük təhlükə altına qoyur. Cənub isə Şimaldan fərqli olaraq iqtisadi cəhətdən yüksək inkişafa malik, Qərb və ABŞ-ın strateji partnyoru olan sivil bir ölkədir. Bu regionda münasibətlər qaynar fazaya keçərsə, nəticəsindən asılı olmayaraq hər iki tərəf uduzmuş olacaq.  ABŞ isə bu yolu tutmaq istəmir”.

Politoloqun sözlərinə görə, ABŞ bilir ki, Kim Çen İnin Cənubla müharibə aparmaq üçün uzaqmənzilli raketlərə ehtiyacı yoxdur.  Halbuki onun nüvə başlığı daşıya bilən uzaqmənzilli raketlərə malik olduğu da məlumdur: “Bu da ABŞ-a, xüsusən də onun regiona yaxın hərbi bazalarına da təhdiddir. Ona görə də hesab edirəm ki, əslində danışıqların imitasiyası olacaq. Bu, indiki halda da hər iki tərəfi qane edir. Bununla belə, tərəflərin problemlə bağlı mövqelərində və hədəflərində heç bir dəyişiklik də olmayacaq. Yəni  bir-birilərinə düşmən olan iki fərqli rejimin hansı konstruktiv danışıqlarından söhbət gedə bilər? Eyni zamanda düşünürəm ki, bu cür gərginliklər gələcəkdə də olacaq. Amma Şimaldakı rejimin çökdürülməsi prosesi digər bütün yollarla davam elətdiriləcək və ABŞ bu hədəfə çatmaq  yolundan çəkilməyəcək”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.