Müğənni Ledi Qaqa qastrol səfərə getdiyi Milanda paparazzilərə tuş gəlib. İfaçı gün ərzində iki müxtəlif obrazda görünüb. Belə ki, günorta küçələrdən birində gəzən Ledi başdan-ayağa qara geyinib. Onun əynində enli şalvar, dəridən ködəkçə, ayaqqabı olub. Qaqa geyimini qara eynək və papaqla tamamlayıb.
Axşam isə sənətçi restoranlardan birinə şam yeməyinə yollanan müğənni fərqli imicdə görüntülənib. Bardo rəngli tranparan libas geyinən Ledinin ayağında hündürdaban ayaqqabı olub.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.