banner
banner

Şou

"Nazpəri məndən üzr istəməlidir" - İlhamə Quliyeva

"Nazpəri məndən üzr istəməlidir"

Xalq artisti İlhamə Quliyeva həmkarı Nazpəri Dostəliyevanın onun ünvanına söylədiyi təhqirləri təkzib etməsinə münasibət bildirib.

Axşam.az-ın əməkdaşı ilə söhbətində İ.Quliyeva qarşı tərəfin təkzibi ilə qane olmadığını deyib:

"Məhkəmədə tələb etmişdim ki, hansı telekanalda məni təhqir edib, orda da üzr istəsin. Dediklərini təkzib etdi. Amma bu məni qane etmir. Dediyi sözlərin lent yazıları var. Ünvanıma işlətdiyi təhqiramiz sözləri indi boynuna almır. Çıxıb efirdə məndən üzr istəməlidir. Deyir ki, mən onu təhqir etməmişəm. Hətta Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ərizə yazıb, qol çəkib. Ərizədə qeyd edib ki, o, təhqirləri öz ünvanıma demişəm. Həmin kağızın bir sürəti də məndədir. Əgər təhqir etməyibsə, o ərizəni niyə yazıb, qol çəkib?
Bütün bunlarla yanaşı uduzduğu 25 min manatı ödəmir, qaçır. Məhkəməyə müraciət etdi ki, pulu bir neçə hissəyə bölüb ödəsin, razılaşmadım. O, məbləğ bütöv şəkildə ödənməlidir. Mənim onun puluna ehtiyacım yoxdur. Pulu ödəməsi üçün ona görə israr edirəm ki, başqalarına örnək olsun. Böyük-kiçik yeri bilsinlər. Sənətdəki böyükləri təhqir etmək olmaz. O məbləği ehtiyacı olan kimsəsiz uşaqlara, əlil ailələrinə verəcəm. İndi Nazpəri qaçıb gizlənir. Yerini təyin etmək olmur. Amma bilsin ki, yerin dibinə girsə də, o pulu gətirib ödəməlidir".

İ.Quliyeva aralarında bundan sonra barışıq olmasının mümkünsüzlüyünü də vurğulayıb:

"Barışığı heç yuxusunda da görə bilməz".

Qeyd edək ki, İlhamə Quliyeva Nazpəri Dostəliyevanı onun şərəf və ləyaqətini təhqir etdiyini əsas gətirərək, məhkəməyə vermişdi. 

Məhkəmədə uduzan N.Dostəliyeva dediklərini təkzib edib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.