İdlibin şərq hissəsində Suriya hökumət qoşunları və xalq müdafiə dəstələri "Cəbhat ən-Nusra" terrorçularına qarşı əməliyyatlara başlayıb.
Trend-in məlumatına görə, terrorçuların sayının əməliyyat ərazisində 1500-dən çox olduğu bildirilib. Məlumata görə, eləcə də terrorçuların əlində hərbi maşınlar və tanklar var.
Qeyd edək ki, İdlibdə genişmiqyaslı əməliyyatlar yanvarın əvvəllərindən başlayıb. Əməliyyatlar başlayandan 24 yaşayış məntəqəsinin terrorçulardan azad edilyi qeyd olunur.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.