banner
banner

İdman

Karateçilərimiz Xorvatiyada 8 medal qazanıblar

Karateçilərimiz Xorvatiyada 8 medal qazanıblar

Xorvatiyada karate üzrə 27-ci Qran-Pri turniri keçirilib.

Trend-in məlumatına görə, yeniyetmə və gənclərdən ibarət seçmə komandalarımız turniri 8 medalla başa vurub. Karateçilərimiz ənənəvi turnirdə 2 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıblar.

Gənclər arasında millimizin heyətində təmsil olunan Daxili İşlər Nazirliyi İdman Cəmiyyətinin yetirməsi Müseyib Məmmədov üçün də bu yarış uğurlu olub. Çəkisi 68 kiloqramadək olan idmançılar arasında finala qədər irəliləyən yetirməmiz bürünc medal qazanıb.

 

M.Məmmədovu bu yarışa Cəmiyyətin Fiziki hazırlıq şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elnur Həsənov hazırlayıb.

Bu turnirdə fərqlənən idmançılar fevralın əvvəlində Rusiyada təşkil olunacaq Avropa çempionatına vəsiqə qazanıblar.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.